Gerçəkləşən arzular

Diqqət! Diqqət!
Bakıdan Şuşaya gedən sərnişin avtobusuna minik başlayır.
Hörmətli xanımlar və cənablar, Füzulidən Bakıya gələn sərnişin avtobusu artıq çatmışdır.
Bəli, necə gözəl və qürurvericidir. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun tarixi qələbəsi hər birimizə inanılmaz dərəcədə sevinc, xoşbəxtlik hissi bəxş etdi. 30 ildir avtovağzallar, qatar platformaları, təyyarə meydanları bu səsə, bu anonsa həsrətdir. Məktəbin ibtidai sinif müəllimi Dadaşova Pərvanənin rəhbərlik etdiyi 1"F" sinfi də məhz bu arzunun reallaşacağı anın tablosunu yaratmaq istədilər. Nə xoş olar ki, tezliklə rənglər dünyasında gerçəkləşən arzular çin olsun. Məhz bizə həsrət yurd yerlərimizə tur edək və deyək "Biz gəldik, gəldik ki, 30 ilin həsrət acısını çıxaraq".