Unutmarıq heç zaman... Unutmarıq sizləri...

Düşməni susdurmaq çox uzun çəkməz,
Vətəni uğrunda əsgər can verər!
Bircə körpə uşaq səbrin dəfn edib,
Atanın gəlişin artıq gözləməz!..
Məktəbin ibtidai sinif müəllimi Hürü Mürşüdovanın rəhbərlik etdiyi 3 "F" sinif şagirdləri ll Qarabağ müharibəsinin şəhidləri haqqında bukletlər hazırlayıblar. Şagirdlər hazırladığı bukletlərdə qəhrəman şəhidlərimizin keçdiyi həyat tarixçəsini, onların necə vətənpərvər, cəsur olduqlarını əks etdiriblər.
Hazırlanan bukletlər məktəbin digər siniflərində oxuyan şagirdlərə paylanılıb.
Hər zaman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Yaralı qazilərimizə Allahdan şəfa diləyirik.