Xatirələrdə yaşayan ömür

`22 fevral 2021- ci il tarixdə məktəbimizin adını daşıdığı şəhid Vaqif Mirzəliyevin "Anım günü" keçirildi. Ilk olaraq Şəhidin məzarı sonra isə ailəsi ziyarət edildi. Teams platforması üzərindən təşkil olunan tədbirdə məktəbin direktoru Dadaş Əliyev, şəhid Vaqif Mirzəliyevin anası Tamella xanım, l Qarabağ müharibəsi iştirakçısı qazi Vaqif Əlisoy, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak edirdilər. Tədbirdə Vaqif Mirzəliyevin döyüş yolu haqqında məlumat verildi. 44 günlük Vətən müharibəsi haqqında videoçarx göstərildi. Sonda məktəbin direktoru Dadaş müəllim 44 günlük Vətən müharibəsi, müzəffər ordumuzun gücü və Ali Baş komandan İlham Əliyevin qətiyyətli iradəsi haqqında danışdı.