21 Fevral Beynəlxalq Ana Dili Günüdür

Milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün daim mübarizədə olmuşuq. Çünki xalq öz mənəvi dəyərləri ilə tanınır. İllərdir dilimizi qorumağa, onun komalarda dustaq olmamağına çalışmışıq.
21 Fevral Beynəlxalq Ana Dili Günüdür. Azərbaycan dili və ədəbiyyat müəllimi Adışirinova Leyla 5 "Ə" sinif şagirdləri ilə məhz bu günü qeyd etmək üçün yığışmışlar. Bu günün tarixi və əhəmiyyəti haqqında danışan şagirdlər, eyni zamanda Ana dili və onun saflığından da həvəslə söz açdılar. Dil haqqında hikmətli sözlər, el deyimləri, eləcə də Ulu öndərin dilimizə verdiyi tarixi qiymətdən sevə-sevə bəhs etdilər. Maraqlı video materiallarla Ana dilimizə sevgilərini bir daha sübut etdilər.