Şərəfli adınıza layiq olacağıq!!!

Vətən uğrunda canından keçmiş hər bir İgidin xatirəsi bizlər üçün əziz və qiymətlidir. Bu qəhrəmanları tanımaq və tanıtmaq vətəndaşlıq borcumuzdur. Təhsil Nazirliyinin məktəblərdə ən nümunəvi siniflərə Vətən uğrunda canından keçmiş şəhidlərin adının verilməsi haqqındakı göstərişi məktəb rəhbərliyi tərəfindən sevə-sevə icra edildi. Çox böyük marağa səbəb olan peşəkar və vətənpərvər müəllimlərin zəhməti öz bəhrəsini verdi. Belə ki, Səidə Zülfüqarlının rəhbərlik etdiyi 2 "B" sinfinə Milli Qəhrəman polkovnik İlqar Mirzəyevin, Könül Bədəlovanın 2 "C" sinfinə Milli Qəhrəman general mayor Polad Həşimovun, Günel Rüstəmovanın 2 "F" sinfinə Vətən müharibəsi şəhidi baş gizir Mirzə Axundovun, Ruba Eyvazovanın 3 "Ç" sinfinə şəhid Xudayar Yusifzadənin adı verildi. Məktəb rəhbəri Əliyev Dadaş siniflərin adını elan etdikdən sonra körpə fidanlar bu şərəfli adı daşıyacaqları üçün qürur duyduqlarını bildirdilər. And içib söz verdilər ki, bu qəhrəmanlara layiq millətinə, xalqına, torpağına bağlı vətəndaş olacaqlar. İnşallah, yeni adınız amalınız olsun, əziz balalar!