Qazilərlə görüş

Məktəbin direktoru Dadaş müəllimin təşkilatçılığı ilə bir qrup müəllim 44 günlük Vətən müharibəsinin qaziləri Hövsan qəsəbə sakinləri Əliyev Məhərrəm Əliyoldaş oğlunu və Əliyev Nurlan Habil oğlunu ziyarət etdilər. Görüş zamanı qazilər öz döyüş yolları haqqında məlumat verdilər. Gənc nəsIə örnək olan bu qəhrəmanlar ziyarətçilərə xoş təəsürat bağışladı.