Biologiya gecəsi

16 may 2016-cı il tarixində məktəbimizdə Biologiya gecəsi keçirildi.Biologiya gecəsini məktəbimizin biologiya müəllimi Nəsibova Faqət hazırlamışdı.Biologiya gecəsində məktəbin direktoru Əliyeva Gülşən xanım, təlim-tərbiyə işləri üzrə direktor müavini Kazımov İlham, təşkilatçı Əliyeva Arzu, biologiya müəllimləri Əliyeva Firuzə və Məmmədova Validə, həmçinin 6-ci,8-ci,9-cu,10-cu və 11-ci sinif şagirdləridə iştirak edirdilər.Biologiya gecəsinin keçirilməsində məqsəd: ekoloji problemlər, müharibənin ekoloji fəsadları, bitki və heyvanat aləminin həyatımızda rolu, bütün bunlar haqqında maraqlı faktlar, vətənpərvərlik ruhunu aşılamaqdan ibarət idi. Gecədə şagirdlər şeirlər, mahnılar, rəqslər ifa etdilər. Səhnəciklər göstərdilər.