10 May Mülki Müdafiə günü

10 may 2016-ci il tarixində məktəbdə Mülki Müdafiə günü keçirildi.İlk öncə məktəbin direktoru Mülki Müdafiə haqqında şagirdlərə məlumat verdi.Mülki Müdafiənin keçirilməsi ilə bağlı məktəbin həyətində sərgi təşkil olunmuşdur. Sərgidə Mülki Müdafiə təşkili üçün vaitələr nümayiş olunmuşdur.Kəşfiyyat qrupu, radiaktiv müşahidə postu, sanitar postu, yanğından mühafizə dəstəsi, texniki təminat dəstəsi və qərargah təşkil olunmuşdur. Sərgidən sonra məktəb rəhbərliyi 2-5-6-cı siniflərdə açıq dərslərdə oldular.12:30 radələrində məktəbə həyacan siqnalı verildi. Müəllim şagird kontingenti təxliyyə olundu. Xilasedicilər zərərçəkənləri xilas etdilər. Təcili tibbi yardım ağır xəsarət alanı xəstəxanaya götürdü.Yanğınlar söndürüldü. Sonda məktəb direktoru Mülki Müdafiənin təşkili, məqsədi haqqında əlavə məlumat verdi, nöqsanları qeyd etdi. Tədbirin axırında fərqlənən komandalar diplomlarla mükafatlandırıldılar.