"Əsgərə məktub" layihəsi

Salam, Vətənimizin qüruru-əsgəri!
Sən məni bəlkə də heç vaxt tanımayacaqsan. Amma sənin qüdrətinə bələdəm. Sən vətənini canından üstün tutan Azərbaycan əsgərisən!
Günel Rüstəmovanın rəhbərlik etdiyi 2 "F" sinfi "Əsgərə məktub" layihəsini həyata keçirdi. Şagirdlərin əsgərlərə yazdıqları məktub və hazırladıqları sovqat ünvanına çatdırıldı. Məktublarda şagirdlərin Vətənə, onu qoruyan əsgərlərinə olan sevgisi xoş sözlərlə öz əksini tapmışdır.
44 günlük Vətən müharibəsində məhz sizlərin sayəsində qələbə qazandıq. Allah Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa versin!
Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Allah sizləri qorusun, igid əsgərlərimiz! Layihəmizin video təqdimati məktəbimizin youtube kanalında paylaşılıb. https://youtu.be/eJZeGsZeiaQ