"Azərbaycan ordusunun 44 günlük zəfər yürüşü" adlı onlayn inşa və esse müsabiqəsi

    Şanlı ordumuzun tarixi qələbəsi hər birimizdə inanılmaz qürur hissi yaratdı. Bu hissi ifadə etmək, söz mücrüsünü açaraq sevincini bölüşmək xüsusi istedad tələb edir. Belə istedadlı uşaqları seçmək, üzə çıxarmaq məqsədi ilə məktəbimizdə,, Azərbaycan ordusunun 44 günlük zəfər yürüşü,, adlı onlayn inşa və esse müsabiqəsi keçirildi. Müsabiqənin birinci  mərhələsi 4 fevral tarixində təşkil edilmişdir.  Fevralın 13-də isə qalibləri mükafatlandırmaq məqsədi ilə tədbir keçirildi.Tədbirdə müsabiqə qaliblərinin söz aləminə səyahəti xüsusi diplomlarla qiymətləndirildi. Və belə müsabiqələrin uşaqlarda vətənpərvərlik ruhunun yüksəldilməsində xüsusi yeri olduğu məktəb rəhbərliyi və təşkilatçıların çıxışında bir daha vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi