Qarabağın tanınmış şəxsiyyətlərinə həsr olunmuş guşə

Məktəbin 4ç sinif şagirdləri Qarabağın tanınmış şəxsiyyətlərinə həsr olunmuş guşə hazırlayıblar. Guşədə Pənahəli xan, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov, Süleyman Ələsgərov, Xan Şuşinski, Arif Babayev, Əbdürrəhim bəy Haqverdiyev, Əliyar Əliyev haqqında məlumatlar öz əksini tapıb. Şagirdlər araşdırmalarında Qarabağa xəyali səyahət etmiş, çox maraqlı məlumatlar əldə etmişlər.