"Vətən Müharibəsi şəhidləri" haqqında divar qəzetləri müsabiqəsi

VIII "A" sinfinin qəlbi yurd sevgisi ilə döyünən fidanları sinif rəhbərləri Xuraman Həsənova ilə birgə "Vətən Müharibəsi şəhidləri" haqqında divar qəzetləri müsabiqəsi keçirdi. Uşaqların hər biri yarımçıq qalmış talehlər haqqında gözəl məlumatlar toplamışdı. Onlar başa düşürdülər ki, bu qəhrəmanları tanımaq, eləcə də tanıtmaq hamının vətəndaşlıq borcudur. Seçilmiş münsiflər qrupuna məktəbin TTİ üzrə direktor müavini Arzu Əliyeva rəhbərlik edirdi. Sinif şagirdləri Şənay Mustafazadə I yerə, Səbuhi Novruzzadə II yerə, Aydan Cəfərli III yerə layiq görüldü. Digər şagirdlərdə təşəkkürnamə ilə təltif olundu. Vətən Müharibəsi şəhidlərinin ruhları göylərdə olsa da, özləri həmişə ürəklərdə yaşayacaq! Allah bütün şəhidlərimizə rəhmət eləsin!