Türkan qəsəbəsindəki Dövlət Sərhəd Qoşunlarında 281 N-li məktəbin şagirdləri ilə görüş
29 aprel 2016-cı il tarixdə GÇH rəhbəri Verdiyev Köçəri Zeynalabdin oğlu və 27 nəfərdən ibarət şagird heyəti Sərhəd Qoşunlarının Türkan qəsəbəsində yerləşən N saylı hərbi hissəsinə ekskursiyaya getmişdilər. İlk öncə bizi hərbi hissəsinin əməkdaşları yüksək səviyyədə qarşıladılar. Tanışlıq yüksək səviyyədə keçdi. Ali baş komandan İlham Əliyevin hərbi hissədə hansı vaxtlarda olması, Heydər Əliyev muzeyi, ümumillikdə hərbi hissə haqqında bizə geniş məlumat verildi. Hərbi hissənin kino zalında Sərhəd xidməti ilə bağlı qısametrajlı filimə baxdıq. Sonda hərbi qulluqçularla xatirə şəkili çəkdirdik.