Mübariz İbrahimovun doğum gününə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı tədbir

Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə-Vətənə bağışlayan oğullardı qəhrəmanlar. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimovun doğum gününə həsr olunmuş "Qarabağ Azərbaycandır" mövzusunda ibtidai sinif müəllimi Xoşqədəm İmanova rəhbərlik etdiyi 3 "Ə" sinif şagirdləri ilə birlikdə tədbir keçirdi.Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şərəfli həyat yoluna nəzər salındı. Şagirdlər Qarabağın işğaldan azad olunmuş əraziləri və orda yerləşən tarixi memarlıq abidələri haqqında geniş məlumatlar söylədilər. Şagirdlərin hazırladıqları videoçarxlarda II Qarabağ döyüşlərində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, rəşadətli ordumuzun gücü nəticəsində 44 günlük müharibədə zəfər çalmağın sevincini bizlərə yaşatmaqları və tarixi qələbəmiz haqqında söhbət aparıldı. Tədbir ölkə başçımız İlham Əliyevin zəfər müraciəti ilə yekunlaşdırıldı. "Qarabağ Azərbaycandır" ifadəsi artıq bizim qəlbimizin rəmzinə çevrildi. Artıq biz qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Sonda Qarabağ şikəstəsi səsləndirildi. Məktəbin direktoru Dadaş Əliyev şagirdləri qələbə münasibətilə təbrik etdi. Direktorun TTİ üzrə müavinləri Arzu Əliyeva və Bəsti Nəsibova şagirdlərə hər zaman vətənpərvər olmağı arzuladılar.