"Şəhidlər ölmür" adlı Təşkilat saatı

    Məktəbin rus dili müəllimi Xuraman Həsənova rəhbərlik etdiyi 8"A" sinif şagirdləri ilə "Şəhidlər ölmür" adlı Təşkilat saatı keçirdi. Tədbiri giriş sözü ilə açan sinif rəhbəri Azərbaycan xalqının sentyabr ayının 27-dən başlayan 44 günlük mübarizədə qazandığı tarixi qələbənin mahiyyəti və məzmununu şagirdlərə çox gözəl şəkildə təqdim etdi. Bu qələbəmizi öz qanları ilə yazan şəhidlərimiz haqqında şagirdlər də geniş araşdırma aparmış, məlumat toplamışlar. Onlar şəhidlərimiz haqqında gözəl divar qəzetləri də hazırlamışdılar. Bu divar qəzetlərində şəhidlərə sanki məktub yazmışdılar, bununla da bildirmək istəmişdilər ki, Şəhidlər ölməyib, bizim qəlbimizdə yaşayırlar. Sonda məktəbin TTİ üzrə direktor müavini Arzu Əliyeva çıxış edərək bildirdi ki, bu tarixi qələbəyə görə şəhidlərimizə hər zaman borcluyuq.

Yaşasın Azərbaycan Ordusu,var olsun Azərbaycanımızı dünyaya tanıtdıran sərkərdəmiz!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi