Şəhidlik zirvəsi əbədilik zirvəsidir

    Azərbaycanın bütövlüyü uğrunda torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu  gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri  öyrənməlidir.

   Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.

  Məktəbin ibtidai sinif müəllimi Əsədova İlahənin rəhbərliyi ilə 1"G" sinif kollektivi də şəhidləri yad etməyi özlərinə borc bildilər. Öz kiçik dünyalarının məhsulu olan əl işləri ilə şəhidlərimizə olan ehtiram və hörməti göstərməyə çalışdılar. Həyatda heç nə, heç kəs əbədi deyil. Şəhidlik zirvəsi isə əbədilik zirvəsidir.

   Nur içində yatın, Vətənin igid oğulları!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi