"2 Fevral - Gənclər Günü" adlı Təşkilat saatı

Bu gün məktəbin rus dili müəllimi Hüseynova Sevincin rəhbərliyi ilə 10"C" sinfi Teams platformasında "2 Fevral - Gənclər Günü" adlı Təşkilat saatı keçirmişdir. Şagirdlər "Gənclər Günü"nün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıblar.
Sonda, məktəbin TTİ üzrə direktor müavini Arzu Əliyeva şagirdlərə öz arzu və tövsiyələrini bildirmişdir.