Məktəb psixoloqunun valideynlərlə virtual görüşü

Məktəblərdə sağlam mənəvi psixoloji mühitin yaranması, məktəb-ailə, məktəb-müəllim, məktəb-şagird münasibətlərini formalaşdırmaq sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə məktəb psixoloqu Nurlanna Əhmədova şagirdlərin pandemiya şəraitində psixoloji durumu, onlarla necə münasibət qurmaq lazim olduğu barədə virtual söhbətlər keçirdi. Söhbət zamanı valideynlər onların üzləşdiyi psixoloji problemlərdən hansi yollarla çixa biləcəkləri haqqında fikir mübadiləsi etdilər.