“Ali Baş Komandanın uğurlu siyasəti”

    Məktəbin riyaziyyat müəllimi Hacıyeva Aygün 6 “F” sinfinə “Ali Baş Komandanın uğurlu siyasəti” mövzusunda onlayn şəkildə açıq dərs keçmişdir. Açıq dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Əliyeva Arzu, Axundova Gültəkin iştirak edib.

Açıq dərsi giriş sözü ilə açan riyaziyyat müəllimi Aygün Hacıyeva ötən ilin payızında baş verən və xalqımızın şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi və həmin qələbənin qazanılmasında Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti barədə doğlun məlumat vermişdir. Müəllim Ali Baş Komandanın hakimiyyətə gəldiyi vaxtdan apardığı uğurlu iqtisadi, ordu quruculuğu, müdafiə sənayesinin yaradılması və xarici siyasəti barədə ətraflı məlumat verdi. O, bu siyasətin ayrı-ayrı elementlərinə toxundu və fikrini müvafiq faktlarla əsaslandırdı. Müəllim xüsusi olaraq qeyd etdi ki, məhz vaxtında aparılmış uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə yaranmış əlverişli şərait nəticəsində işğalçı Ermənistanın hücum cəhdinin qarşısını alaraq əks hücuma keçmiş və ölkəmizin işğal altında olan ərazilərini düşməndən azad etmişdir. Bu Vətən müharibəsi nəticəsində düşmənə ağır zərbə vurulmuş, onun minlərlə əsgəri və yüzlərlə hərbi texnikası məhz edilmişdir. Düşmənə bunlarla yanaşı həm də ağır psixoloji zərbə vurulmuş və onun iradəsi sındırılmışdır. Bunun nəticəsində düşmən istifadəyə yararlı vəziyyətdə olan çoxlu sayda hərbi texnikanı döyüş meydanında atıb qaçmışdır. Həmin hərbi texnikaların bir hissəsi Vətən Müharibəsindəki qələbənin şərəfinə yaradılmış açıq səma altındakı Zəfər Paradında  nümayiş etdirilmək üçün ölkəmizin paytaxtı olan Bakı şəhərinə gətirilmişdir.

Açıq dərsdə 6“F” sinfinin şagirdləri fəal iştirak etmiş və cənab Ali Baş Komandanın ölkəmizdə apardığı uğurlu siyasət barədə məlumatlı olduqlarını nümayiş etdirmişlər.

TTİ üzrə direktor müavinləri Gültəkin Axundova və Arzu Əliyeva da çıxış edərək “Ali Baş Komandanın uğurlu siyasəti” mövzusunda bu günki açıq dərsin əhəmiyyətindən, bu dərsin mövzunu kifayət qədər əhatə etdiyindən danışdılar və şagirdlərin bu mövzu barədə məlumatlı olmalarından və dərsdə aktiv iştirak etmələrindən məmnun qaldıqlarınını bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi