"İşğaldan azad edilmiş ərazilərin tarix və coğrafiyası, flora və faunası, mədəni abidələri

    Məktəbin biologiya müəllimi Nəsibova Faqət 6 "B" sinfinin şagirdləri ilə "İşğaldan azad edilmiş ərazilərin tarix və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri" mövzusuna həsr olunmuş onlayn dərs keçirmişdir.

Dərsə açılış nitqi ilə başlayan müəllim ilk olaraq şanlı ordumuzun 44 günlük zəfər mübarizəsi ilə bağlı qısa məlumat vermişdir. Daha sonra isə şagirdlər azad olunmuş bölgələrin tarixi, coğrafiyası, eləcə də füsunkar təbiəti, bitki örtüyü və özünəməxsus faunası barədə topladıqları məlumatları paylaşmışlar. Onların mövzuya uyğun olaraq çəkib nümayiş etdirdikləri rəsmlər isə dərsə  xüsusi bir rəng qatmışdır. Həmçinin dərs əsnasında şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirmiş,  o cümlədən II Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızdan bir neçəsi haqqında topladıqları məlumatları bölüşmüşlər. Ümumilikdə şagirdlər dərs prosesində çox fəal iştirak etdilər, onlardan Kəlbiyeva Fidan və Zairov Elgün isə xüsusilə seçildilər. Sonda, dərs iştirakçılarından Kəlbiyeva Fidanın pianoda ifa etdiyi həzin bir musiqi parçası ilə dərsə yekun vurulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi