"Vətən müharibəsi şəhidləri haqqında" divar qəzeti

Məktəbin ibtidai sinif müəllimi Aygün Nəcəfova rəhbərlik etdiyi 1"C" sinfi ilə birlikdə "Vətən müharibəsi şəhidləri haqqında" divar qəzetinin hazırlanması ilə əlaqədar olaraq "Sinif Təşkilat saatı" keçirdi.
Əvvəlcədən verilən tapşırıqlar əsasında şagirdlərin hər biri Qarabağ uğrunda gedən "Vətən müharibəsi şəhidləri" haqqında məlumat toplayıb və foto şəkillərindən divar qəzeti hazırlamışlar.
Sinif rəhbəri Aygün Nəcəfova 44 günlük IIQarabağ müharibəsinin şəhidlərini unutmayıb, gələcək nəsillərə də çatdırmağımızı söylədi.
Ordumuzun Ali Baş Komandanının çağırışına səs verib, vətənimizin azadlığı uğrunda mübarizəyə qoşulan şərəfli ordumuzun igid oğulları Vətən torpağı yolunda canlarından keçib, Şəhidlik zirvəsinə ucaldılar.
Allah şəhidlərimizə rəhmət eləsin ! Qarabağ Azərbaycandır!