Dastana dönən ömürlər!!!

    Azərbaycan xalqının ən zəngin sərvəti onun qoynunda uyuyan Şəhidləridir!

27sentyabr 2020-ci il ilıq bir payız gecəsi...Səbrin, sözün bitdiyi gün Zəfərə atılan ilk addım oldu. Gözümüzün önündə nəhəng bir kitab vərəqləndi. 44 səhifəlik bu kitabla 44 günün dastanı yazıldı. Bu 44 gün Qarabağın 30 illik qara taleyini və bir milyon insanın məcburi köçkün adını silib atdı.

Qüdrətli sərkərdə və müzəffər ordumuzun səyi nəticəsində biz qalib xalqa çevrildik. Bu qalibiyyəti bizə yaşadan şəhidlərimiz   isə dastana döndü. Onlar can verdi ki, yurdumuz yaşasın.

1ğ sinfi olaraq şəhidlərimizi anmağı özümüzə borc bildik. Heç kim, heç nə onların haqqını ödəyə bilməz. Onların xatirəsini yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. Ruhunuz şad olsun Azərbaycan igidləri! Başın sağ olsun Vətən!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi