"Vətənin qəhrəman oğulları"

     Məktəbimizin  fizika  müəllimi Aybəniz  Cəfərovanın  rəhbərlik etdiyi 10"B" sinfində "Şəhid, qazi  və zabitlərimizin  həyat  və mübarizə  yolunu əks etdirən videoçarxların hazırlanması" mövzusunda tədbir keçirildi. Sinif rəhbəri tədbiri giriş sözü ilə açdı və vətən yolunda canından keçmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Sonra müəllim "Vətənin qəhrəman oğullarına" həsr olunmuş videoçarx təqdim edildi. Tədbirə Vətən müharibəsində canından keçmiş şəhidimiz Axundov Mirzənin həyat yoldaşı dəvət olunmuşdur. Qonaqlarımız arasında Vətən müharibəsinin iştirakçıları da var idi. Qəhrəmanlarımız özlərinin göstərdiyi şücaətlərdən danışdılar və şagirdlərə öz tövsiyyələrini bildirdilər. Sonda məktəbimizin direktoru Dadaş Əliyev və direktor müavini Arzu Əliyeva igidliklə vətən torpaqlarının azadlığı uğrunda vuruşan qazi və zabitimizə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi