"20 Yanvar-Ümumxalq Hüzn Günü" adlı Təşkilat saatı

    Məktəbin riyaziyyat müəllimi Babayeva Məhsəti rəhbərlik etdiyi 7 "G" sinfi ilə birlikdə "20 Yanvar-Ümumxalq Hüzn Günü" adlı Təşkilat saatı keçirdi. Qanlı Yanvar faciəsi haqqında şagirdlərə məlumat verildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər şeirlər səsləndirdilər. Hazırladıqları təqdimatları, çəkdikləri şəkilləri nümayiş etdirdilər. Onlar faciədə həlak olmuş məktəblilər İlqar və Larisanın qısa ömür yoluna səyahət etdilər. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva da iştirak etdi və öz dəyərli fikirlərini şagirdlərlə bölüşdü. 20 Yanvar tarixinin həm də xalqımızın qəhramanlıq tarixi olduğu da vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi