"Uğurlu siyasətin davamı İlham Əliyevin hakimiyyətə gəlməsi"

    Məktəbimizin ibtidai sinif müəllimi Büllur Novruzovanın rəhbərlik etdiyi 2"G" sinfində ll Qarabağ müharibəsinin qələbəsi və 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar "Uğurlu siyasətin davamı İlham Əliyevin hakimiyyətə gəlməsi" adlı tədbir keçirildi. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova iştirak etdi. Tədbir dövlət himni ilə başladı. Tədbirdə bu günün şərəfli tarixi haqqında məlumat verən şagirdlər bu faciəyə aid şeirlər söyləyib, 20 Yanvar görüntülərini əks etdirən videoçarxa baxdılar. Tədbirdə tarixən Ermənistanın Azərbaycana qarşı olan ərazi iddiaları haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyevin başçılığı altında əks-hücum əməliyyatı keçirildi və düşmən tapdağı altında olan ərazilərimiz işğaldan azad olundu. Sonda Bəsti Nəsibova çıxış edərək bildirdi ki, nankor düşmənlərimizin səyi nəticəsində baş verən bu hadisəni heç vaxt unutmamalıyıq. Həmin gün şəhid olanları xalqımız şəhərimizin ən gözəl yeri olan Dağüstü parkda "Şəhidlər xiyabanında" dəfn etdi. Bu günkü qələbəmizin əsas səbəbi də prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşməyimiz oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi