Vətən müharibəsi qaziləri, şəhid ailələri və döyüşçülərlə virtual görüş

Xalqın tarixini, keçdiyi şərəfli yolu öyrətmək və bu yolun yolçularını tanıtmaq ləyaqlı bir işdir. Bu şərəfli işin öhdəsindən gələn müəllimlərin əməyi danılmazdır. Səidə Zülfüqarova da məhz bu missiyanı yerinə yetirərək 2"B" sinif şagirdləri ilə Vətən müharibəsi qaziləri, şəhid ailələri və döyüşçülərlə virtual görüş təşkil etmişdir. Şəhidlər xiyabanından başlanan virtual səyahət 44 günlük Vətən müharibəsi şəhidlərinin uyuduğu məkanə qədər yol aldı. Balaca fidanların vətən, torpaq, onu qoruyan ordu haqqında maraqlı çıxışları videoroliklərdə öz əksini tapmışdır.
Haqq işi uğrunda şəhid olan Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə, palkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva, pilot mayor Abbas Qasımovun həyat yoldaşı Sidiqə xanım, baş leytenant Xalid Gözəlovun atası Həsən Gözəlovun virtual söhbətləri istər uşaqlarda istərsə də tədbirə qatılanlarda vətən, yurd sevgisini birə-min artırdı.