Vətən mənə " oğul" desə, nə dərdim Mamır olub qayasında bitərdim

Vətən mənə " oğul" desə, nə dərdim
Mamır olub qayasında bitərdim.
Bu misralardakı qayaların mamırı olan igidlərin xatirəsi əbədi yaşarlıq qazanıb. Onların xatirəsini yad etmək üçün məktəbin ibtidai sinif müəllimi Könül Bədəlova 2"C" sinif şagirdləri ilə bərabər virtual seyrə çıxdılar. 20 Yanvar faciəsinin tarixi, törədilmə səbəbini açıqlayan müəllimə öz "Şəhidlər guşəsi", poeziya nümunələri, təqdimatları ilə dəstək olan balacalar şəhidlik məqamının necə böyük zirvə olduğunu anladılar. Və vurğuladılar ki, bir zamanlar azadlıq istəyi ilə meydanlara axışan bir xalqın 44 günlük mübarizədəki qələbəsinin məhz Azadlıq meydanında reallaşması haqq işidir.