"20 Yanvar faciəsinin 31-ci qışı" adlı virtual ədəbi bədii kompozisiya

Xalqımızın tarixində 31 illik bir yara var. Bu yara zaman keçdikcə dərinləşir, xatirələrə dönür. Beləcə bu xatirələrin işığı bizi-Azərbaycan vətəndaşlarını daha əzmkar olmağa çağırır və yurda sevgimizi artırır. Bu sevgini ruhumuza hopdurmaq üçün müxtəlif tədbirlər həyata keçirilir.
Azərbaycan dili və ədəbiyyat müəllimi Adışirinova Leyla 5"Ə" sinif şagirdləri ilə "20 Yanvar faciəsinin 31-ci qışı" adlı virtual ədəbi bədii kompozisiya təşkil etdi. Faciə qurbanlarının xatirəsini bədii söz boxçası ilə bəzəyən şagirdlər onların ömür yoluna da virtual səyahət etdilər. Məktəbli İlqar və Larisanın yarımçıq qalan ömrünə sanki ömür qatdılar.
Sonda 44 günlük Vətən müharibəsindəki qələbəmizlə ilk şəhidlərin də ruhunu şad edən qəhrəmanlara xüsusi təşəkkür etdilər.