1990-cı il Qanlı yanvar

1990-cı il Qanlı yanvar. Bu tarix yaddaşımıza əbədi həkk oldu. Azadlıq uğrunda canını fəda etmiş ilk şəhidlərimiz məhz bu gecə qurban getdi. Bu qanlı gecənin qurbanlarını yad etmək üçün məktəbin tarix müəllimi Əhmədova Səriyə 6"D" sinif şagirdləri ilə bir araya gələrək şərəfli tarixi vərəqlədilər. Uşaqlar məlumatlarla, şeirlərlə, video çarxla, əl işləri ilə şəhidlərin xatirəsini yad etdilər. Dərsin yüksək səviyyədə keçdiyini söyləyən dərs hissə müdiri Axundova Gültəkin və tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva bildirdilərki belə tədbirlərin tez tez keçirilməsi uşaqlarda vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsizdi.