"20 Yanvar Şəhidlərini Anırıq"

Məktəbin ibtidai sinif müəllimi Abbasova Zülfiyyə rəhbərlik etdiyi 1"A" sinif şagirdləri ilə "20 yanvar şəhidlərini anırıq"adlı tədbir keçirdi. Tədbirdə 31 il öncə baş vermiş o dəhşətli gecə bir daha xatırlandı. Şagirdlər şeir və səhnələrlə keçmişə səyahət etdi və bu qırğını törədənlərə lənətlər oxudular. Şagirdlər qeyd etdilər ki, artıq şəhidlər rahat uyuya bilərlər, çünki onların qisası alındı. Artıq Azərbaycan öz bütövlüyünə qovuşdu. Müzəffər ordumuz və Ali Baş Komandanımızın, əsgər və zabitlərimizin, bütün xalqımızın sayəsində işğaldan azad olunmuş torpaqlarımızda həyat davam edəcək. Var olsun Azərbaycan xalqı, rədd olsun mənfur düşmən...