O şənbə gecəsi, o qətl günü...
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…
Tarix boyu xalqımızın yaşadığı ən ağrılı-acılı günlərdən biri olan "Qanlı 20 Yanvar " faciəsindən artıq 31 il ötür. Heç vaxt unudulmayacaq, yaddaşlara qanla yazılan 31 il...
Məktəbimizin 8"Ç" sinif şagirdləri və Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Talıbovanın bu hadisə ilə bağlı bu gün keçirdikləri təqdimatda dəhşətli Yanvar gecəsi ilə bağlı fikirlər, faktlar səsləndirildi, videolar izləndi. Şagirdlər, həmçinin 20 Yanvar şəhidlərinin adlarını çəkərək, onlarla bağlı yazılan əsərlərdən nümunələr söyləməklə bu barədə öz təəssüratlarını bölüşdülər.