"Qanlı Yanvar gecəsi"

Azadlıq yolunu seçən xalqımız,
Şəhadət şərbətin içən xalqımız,
Əliyalın, silahsız düşmənə qarşı,
Öz şirin canından keçən xalqımız.
Məktəbin ibtidai sinif müəllimi Hürü Mürşüdova rəhbərlik etdiyi 3"F" sinfi ilə birlikdə "Qanlı Yanvar gecəsi" adlı tədbir keçirdi. Keçmiş Sovet Ordusunun 31il əvvəl Azərbaycan xalqına qarşı həyata keçirtdiyi qanlı gecə haqqında şagirdlərə məlumat verildi. Şagirdlər hazırladığı təqdimatı, çəkdiyi şəkilləri nümayiş etdirdilər. Həmin faciəli gündə xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin T.T.İ üzrə direktor müavini Bəsti Nəsibova da iştirak etdi. O, öz dəyərli fikirlərini şagirdlərlə bölüşdü.