"Vətən müharibəsi- Qarabağ Zəfəri " adlı müsabiqə

Bakı şəhər Icra hakimiyyətinin göstərişinə əsasən Qazandığımız Böyük Qələbənin şagirdlər arasında təbliği və öyrənilməsi məqsədi ilə 18.01.2021-ci il tarixində məktəbdə 8-11-ci sinif şagirdləri arasında Tarix müəllimlərinin təşkilatçılığı ilə "Vətən müharibəsi- Qarabağ Zəfəri " adlı müsabiqə keçirilmişdir. Müsabiqənin əvvəlində metodbirləşmə sədri Dilarə Dadaşova iştirakçıları, o cümlədən rəhbərliyi, komissiya üzvlərini və şagirdləri müsabiqənin şərtləri ilə tanış etdi. Müsabiqədə iştirak edən şagirdlərdən 3 nəfər - 8"E" sinif şagirdi İsmayılov Polad, 10"C" sinif şagirdi Bədirzadə Aydan və 11"Ç" sinif şagirdi Ağamalıyeva Aydan rayon turuna vəsiqə almışlar.
Məktəb rəhbərliyi şagirdlərin müsabiqəyə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq gələcək müsabiqələrdə onlara uğurlar arzuladılar.