"Ə. Haqverdiyev yaradıcılığının işığında"

     Azərbaycan mədəniyyəti və ədəbiyyatı özuməxsusluğu ilə seçilib. Yaradıcılığı ilə xalqa örnək olan və millətini maarifləndirməyə çalışan yüzlərlə sənətkar var ki, onları yad etmək, dəyərləndirmək hər birimizin vətəndaşlıq borcudur. Xatirəsini uca tutuduğumuz sənətkarlardan biri də  ölkə rəhbərinin sərəncamı ilə 150 illik yubileyini qeyd etdiyimiz Əbdürrəhim bəy Haqverdiyevdir. Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən 7"Ə" sinif şagirdləri ilə "Ə. Haqverdiyev yaradıcılığının işığında" adlı "Dəyirmi masa" keçirdi. Haqverdiyev yaradıcılığına səyahət edən şagirdlər video roliklər və şəkillərlə virtual tanışlıq etdilər. Daha sonra yazıçının hekayələri əsasında çəkilmiş "Papaq"(Evlənmək istəyirəm) filmindən fraqmentləri də izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi