“Qarabağ zəfəri və onun tarixi əhəmiyyəti” mövzusunda Açıq dərs

    18.01.2021-ci il tarixdə ibtidai sinif müəllimi Eyvazova Rubanın rəhbərliyi ilə 3”Ç”  sinfində “Qarabağ zəfəri və onun tarixi əhəmiyyəti” mövzusunda Açıq dərs keçirildi. Açıq dərsdə qonaq qismində başda məktəbin direktoru Dadaş Əliyev olmaqla TTİ üzrə direktor müavini Arzu Əliyeva və müharibə iştirakçısı polkovnik-leytenant Vüqar Tağıyev çıxış etdi. Ruba müəllimə tədbir iştirakçılarını 30 dəqiqəlik “Qarabağa səyahət”ə dəvət etdi. Məqsəd şagirdləri vətənpərvərlik ruhunda yetişdirmək idi. Açıq dərs çox yüksək şəkildə keçdi. Vüqar Tağıyev öz döyüş yolları haqqında maraqlı məlumat verərək videoçarx təqdim etdi. Sonda məktəb rəhbərliyi tərəfindən açıq dərs qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi