"Əsgərə məktub" adlı təqdimat

    2020-2021-ci il Fəaliyyət planına 3.1.5. əsasən 4"B" sinif şagirdlərinin "Əsgərə məktub" adlı təqdimatı oldu. Şagirdlər yazdıqları məktublarda Azərbaycan əsgərlərinin Vətən müharibəsində göstərdikləri şücaətə görə onlarla qürur duyduqlarını və onlara olan arzularını bildirdilər:

- Salam əsgər. Sən ananı, yəni Vətəni qorumağa getdin. Tanrı səni qorusun!

-Vətəni canından əziz tutan əsgərim, səninlə fəxr edirəm!

- Çox sağ ol əsgər! Sən mənim üçün bir örnəksən. Mən də böyüyüb sənin kimi əsgər olacam. Sənin azad etdiyin torpaqları, bütöv Azərbaycanı qoruyacam.

- Atam həmişə mənə deyir ki, Allah uşaqların duasını tez eşidir. Mən də hər gecə sizin üçün dua edirəm: "Allahım, əsgərlərimiz üşüməsin, ac qalmasın. Onları hər cür bəladan qoru"!

-Salam əsgər. Səninlə danışa bilmədiyim üçün məktub yazıram. Biz burada isti yataqlarda yatarkən, siz soyuq səngərlərdə bizi qoruyursunuz. Unutmayın, bu Vətəni sizdən başqa heç kim bu cür sevgi ilə qoruya bilməz.

- Mən məktəbliyəm. Yaşım çatsaydı, sizlərin sırasında olardım. Pandemiya bitəndən sonra doğma Cəbrayıl torpağımı öpməyə və sizi görməyə gələcəm.

    Bütün məktublarda şagirdlərin bir istəyi var: "Ölkəmizin müstəqilliyi əbədi olsun! Tanrı Azərbaycanın mərd, cəsur əsgərlərini qorusun"!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi