"Yarasa" mövzusunda açıq dərs

Məktəbin 4"B" sinfində, sinif rəhbəri Kəmalə Əhmədovanın təşkil etdiyi, "Yarasa" mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə məktəbin direktoru Dadaş Əliyev, direktor müavini Bəsti Nəsibova iştirak etdilər.
Yarasa digər canlılardan nə ilə fərqlənir? sualı ətrafında müzakirə aparıldı, yarasa haqqında videoçarx izlənildi.Həyat bilgisi və azərbaycan dili fənlərinə inteqrasiya olunaraq "vergi","əməli yazı"ifadələrinin mənaları açıqlandı. Elmi və bədii mətn arasındakı fərq şagirdlər tərəfindən təhlil olundu.
Şagirdlərin 3.1.5. standartına uyğun olaraq seçilmiş,əməli yazı nümunəsi olaraq "Əsgərə məktub"təqdimatları dinlənildi.Şagirdlər məktubda əsgərlərin 44 günlük Vətən müharibəsində göstərdikləri şücaətə görə onlarla qürur duyduqlarını bildirib onlara can sağlığı və Vətənin keşiyində daha sayıq dayanmağı arzuladılar.Ali Baş Komandanımız İlham Əliyevin işğaldan azad olunmuş bolgələrimizdən birində əsgərlərlə görüşünü əks etdirən videoçarx izlənildi.
Sonda Dadaş Əliyev tarixi qələbənin qazanılmasında prezidentimizin böyük rolunun olmasından, onun daxili və xarici siyasətindən, əsgərlərin yüksək döyüş hazırlığının və əzminin olmasından danışdı. Bəsti Nəsibova dərsin standartlara uyğun qurulduğunu, şagirdlərdə fəallığın və vətənpərvərlik hissinin yüksək olduğunu vurğulayaraq onlara dərslərində müvəffəqiyyətlər arzuladı.