"Bərk məişət tullantıları, onların zərərləri və təkrar emalı mövzusunda" müzakirə

     Məktəbin biologiya müəllimi Alıyeva Bəsti  7 "B" sinfi ilə "Bərk məişət tullantıları, onların zərərləri və təkrar emalı mövzusunda" müzakirə keçirmişdir. Bildiyimiz kimi bərk məişət tullantıları əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və müxtəlif materiallardir. Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Tullantıların düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir. Tullantılar şəhərkənarı poliqonlara aparılır. Ölkəmizdə Balaxanı qəsəbəsində Bərk Məişət Tullantılarının Ceşidlənməsi Zavodu fəaliyyət gostərir. Zavodda tullantılar sortlaşdırılaraq, emal şirkətlərinə göndərilir, yararlı olmayanlar isə təhlükəlilik dərəcəsi nəzərə alınmaqla müəyyən yerlərə çatdırılır. Hal-hazırda tullantısız texnologiya qarşımızda dayanan əsas prioritet istiqamətdir. Tullantısız texnologiyanın inkişafının əsas istiqamətləri: tullantıların utilizasiyadi, xammal və materialdan kompleks istifadə edilməsi, zərərli maddələrin atmosfere buraxılmamasıdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21aprel 2005-ci il tarixli 74saylı qərarı ilə  məişət tullantılarının idarə olunmasına cavabdeh qurumlar yaradılmışdır. Hər kəsin sağlam mühitdə yaşamaq hüququ var. Təbiəti qoruyaq ki, o da təbii fəlakətləri ilə bizi cəzalandırmasın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi