"Cənnətdə ilk ad günün mübarək, cənab general"

    Bu gün öz canı, qanı ilə qələbə sevincini bizə yaşadan qəhrəmanlarımızı tanımaq və onları  tanıtmaq hər bir ziyalının şərəf və vəzifə borcudur. Bu borcu layiqincə yerinə yetirmək işində məktəbin və müəllimin rolu danılmazdı. Çünki xalq öz  qəhrəmanını lap erkən tanımalı, onunla qürur duymalıdır. İbtidai sinif müəllimi Bədəlova Könül də məhz bu missiyanı yerinə yetirməyə çalışdı. 2"C" sinfinin körpə fidanları ilə Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunmuş "Cənnətdə ilk ad günün mübarək, cənab general" adlı ədəbi-bədii virtual tədbir keçirdi. Tədbirdə generalın keçdiyi şərəfli həyat yolu və bu yolda göstərdiyi şücaətləri işıqlandıran şagirdlər, öz aktyorluq məharətləri ilə də təəccüb yaratdılar. Generalın əsgərləri və qazilərlə canlı müsahibəsi nəinki ətrafının, bütün ordunun Polad Həşimov şəxsiyyətinə sevgisindən xəbər verirdi. Görüşün qonaqları: Milli Qəhrəmanın anası Səmayə xanım, həyat yoldaşı Ofelya xanım, bacısı Kəmalə xanımın generalla bağlı xatirələri tədbir iştirakçılarının böyük marağına və göz yaşına səbəb oldu. Bundan başqa tədbirin fəxri qonağı filologiya üzrə fəlsəfə doktoru "General Polad Həşimov" xatirələr kitabının müəllifi Şəmil Sadiqin maraqlı söhbətləri qəhrəmanımızı daha yaxından tanımağımıza səbəb oldu. Sonda məktəb direktoru Dadaş Əliyev qonaqlara və tədbirin təşkilatçılarına  təşəkkür edərək belə maarifləndirici tədbirlərin davamlı olmasını arzuladı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi