"Qəhrəman Polad Həşimovu anırıq"

    3 yanvar 2021- ci il tarixində IV "B" sinif şagirdləri ilə "Qəhrəman Polad Həşimovu anırıq" adlı tədbir keçirildi. Tədbirdə  məktəbin direktoru Dadaş Əliyev, direktor müavinləri Bəsti Nəsibova, Arzu Əliyeva iştirak və çıxış etdilər. Sinif rəhbəri Kəmalə Əhmədova Polad Həşimov haqqında məlumat verdi. O bildirdi ki, məhz Polad kimi qəhrəmanların göstərdikləri şücaət nəticəsində bu gün biz qələbə sevinci yaşayırıq, üçrəngli bayrağımız işğaldan azad olunmuş rayonlarımızda dalğalanır. Polad kimi oğullar Vətən üçün doğulurlar. Onlar əsl qəhrəmanlığın, Vətən uğrunda mübarizə aparmağın nə oduğunu bütün dünyaya tanıtdılar. Polad Həşimova həsr olunmuş videoçarx nümayiş etdirildi, onun haqqında yazılmış mahnı səsləndirildi. Şagirdlərin çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi