"Ümumdünya Həmrəylik Günü"- nə həsr olunmuş tədbir

    Məktəbin ibtidai sinif müəllimi Məmmədova Xatirə rəhbərlik etdiyi 3 "A" sinif şagirdləri ilə "Ümumdünya Həmrəylik Günü"- nə həsr olunmuş tədbir keçirdilər. Tədbirdə dünyada yaşayan Azərbaycanlıların həmrəyliyi haqqında müzakirələr aparıldı və müəllimə də bu barədə uşaqlara ətraflı məlumat verdi. Sonra bu mövzu vətənpərvərlik ilə əlaqələndirildi. Bu qələbənin səbəblərinin "Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qorxmaz əskərlərimizin cəsarətlə irəli getməsi və bütün dünyada yaşayan Azərbaycanlılarının birlik olub ordumuza, dövlətimizə dəstək olmasının" olduğu vurğulandı. Təbiiki də dərsdə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Bu qələbədə onların rolunun əvəzolunmaz olduğunu və onlara aid şeirlər deməyi yaddan çıxarmadıq. Tədbirdə uşaqlara vətənpərvərlik, vətənə və bayrağa sevgini aşılayan səhnəciklər də oldu. Tədbirdə TTİ üzrə direktor müavini Ömərova Bəsti də iştirak elədi. O, şagirdlərə öz ürək sözlərini və məsləhətlərini çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi