"Birliyimiz varsa, demək varlıyıq"

    Məktəbimizin ibtidai sinif müəllimi Hacıyeva Samirə rəhbərlik etdiyi 2 "Ğ" sinif şagirdləri ilə birlikdə Azərbaycan dilindən "Birliyimiz varsa, demək varlıyıq" mövzusunda onlayn dərs keçirdi. Adət-ənənələrə bağlı millətimizin nə qədər güclü ve vətənpərvər olduğu nəzərə çatdırıldı.Həmrəylik ilə birgə şagirdlərə yeni qələbəmizdən, güclü ordumuzun  döyüş əzmindən, prezidentimiz Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət strategiyasından melumat verildi. Şagirdlər qələbə haqqında şeirlər söylədilər, videoçarxlar nümayiş olundu. Yeni ilin yeni qələbə, yeni zəfər çağı, birlik-həmrəylik olduğu şagirlərə bu cür aşılandı.Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev uşaqların çıxışlarını maraqla izlədiyini bildirərək körpə fidanlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi