"Bir olaq, həmrəy olaq" adlı Təşkilat saatı

Məktəbin ibtidai sinif müəllimi Eleonora Ağamalıyeva rəhbərlik etdiyi 1"D" sinfi ilə birlikdə "Bir olaq, həmrəy olaq" adlı Təşkilat saatı keçirdi. Təşkilat saatında 31 Dekabr Həmrəylik Günü haqqında məlumat verildi. Ümummilli lider Heydər Əliyevin 1991-ci il, dekabrın 16-da Azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. O gündən bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Şagirdlər də bu mövzuda məlumatı davam etdirdilər. Şeirlər söyləyib, mahnı oxuyub, rəqs etdilər.
Məktəbin direktor müavinləri Bəsti Nəsibova və Arzu Əliyeva çıxışlarında Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin həmrəyliyimizi əzmkarlıqla davam etdirdiyini, "dəmir yumruq "olub Qarabağ torpaqlarımızın azad edilməsini bir daha vurğulayıb, Ali Baş Komandanımıza, əsgərlərimizə, qazilərimizə Allahdan can sağlığı, uzun ömür arzuladılar. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən Şəhidlərimizə rəhmət diləyib, ruhlarını 1 dəqiqəlik sükutla yad etdilər.