"Biz birlikdə güclüyük" adlı Təşkilat saatı

    Məktəbimizin ibtidai sinif müəllimi Xoşqədəm İmanova rəhbərlik etdiyi 3"Ə" sinif şagirdləri ilə onlayn qaydada "Biz birlikdə güclüyük" adlı Təşkilat saatı keçirdi.Təşkilat saatı ulu öndərimiz Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" videoçarxı ilə başladı. Şagirdlər vətənpərvərlik şeirləri söylədi. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar videoçarxlar göstərildi. ll Qarabağ döyüşlərində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, rəşadətli ordumuzun gücü, eləcə də xalqımızın əl-ələ verərək həmrəy olması nəticəsində 44 günlük müharibədə zəfər çalmağın sevincini bizlərə yaşatmaqları haqqında söhbət aparıldı. Bizə qələbə sevincini yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

44 günlük Vətən müharibəsi müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu kimi tarixə düşdü. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Uşaqların çəkdiyi rəsmlərin nəticəsi sübut etdi ki, xalqımızın Ali Baş Komandanımızla  birgə olması qələbənin əldə edilməsinə səbəb oldu. Sonda məktəbin direktor müavinləri Bəsti Nəsibova və Arzu Əliyeva şagirdləri qələbə münasibəti ilə təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi