Qarabağ Azərbaycandır!!!

     Azərbaycan Respublikası Təhsil Nazirliyinin F- 512  16 Noyabr 2020- ci il Fəaliyyət  Planına əsasən məktəbin ingilis dili  müəllimi Qocayeva Kəmalə rəhbərlik etdiyi VIII "B" sinif şagirdləri ilə “Qarabağ Azərbaycandır” devizi altında onlayn dərs keçirdi. Tədbirdə azərbaycanın şifahi xalq ədəbiyyatına vətənpərlik mövzusunda İngilis dilində toxunulmuşdur.Azərbaycan ve onun çaldığı Zəfər haqqında məlumatlar inteqrasiya olunmaqla Qarabağın tacı, Şuşanın simvolu olan Xarıbülbül  haqqında rəvayət, şeirlər səsləndirilmişdir. Dərs zamanı Vətən uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimiz və qazilərimiz haqqında danışılmış, onların Ulu Öndərin layiqli davamçısı cənab Ali Baş Komandanın “Dəmir yumruğu” ilə silahlanaraq, düşmən  üzərinə əzmlə getdiklərini və Zəfər çaldıqlarını tərənnüm edən şeirlər söylənilmişdir. Sinif rəhbəri Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq“ kəlamını yada saldı. Azərbaycanın 44 gündə 30 illik həsrətə son qoyan şanlı ordusu və qələbəsi haqqında qürurla söhbət açıldı. Artıq Azərbaycanın bütün dünyaya dərs verməsindən, Azərbaycanın azadlıq mübarizəsinə səs verməsindən, Azərbaycanın azadlıq mübarizəsinə səs verən ölkələrin dostluğundan bəhs olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi