"Günəş, hava, su və torpaq" mövzusunda onlayn Açıq dərs

    Məktəbimizin ibtidai sinif müəllimi Günel Rüstəmova rəhbərlik etdiyi 2"F" sinfində Həyat bilgisi dərsində "Günəş, hava, su və torpaq" mövzusunda onlayn Açıq dərs təşkil etdi.

Bu amillərin canlılar üçün əhəmiyyətindən, onların çirkləndirilməsinin qarşısının alınması yollarından danışıldı. Şagirdlər bele nəticəyə gəldilər ki, Günəş təbii istilik və işıq mənbəyidir. Yerdə baş verən bir çox təbii proseslərin və həyatın mənbəyi də Yerin Günəşdən aldığı istiliyin miqdarından asılıdır. İstilikdən başqa, hava, su, torpaq canlıların yaşaması üçün ən zəruri amillərdir. Ona görə də hava, su, torpaq çirkli olmamalıdır. 

Dərsin sonunda məktəb direktoru Dadaş Əliyev "Torpaqdan pay olmaz" deyərək rəşadətli ordumuzun zəfərindən danışdı. Şagirdimiz Zərifənin atasının Axundov Mirzə Musa oğlunun Vətən müharibəsində fəal iştirakını və qəhrəmancasına şəhid olduğunu dərin kədər hissi ilə bildirdi.

Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Bəsti Nəsibova və Arzu Əliyeva da şagirdləri qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdilər. Şagirdlərə vətənə layiqli övlad kimi yetişməyi tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi