“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü “ nə həsr olunmuş onlayn tədbir

 3ç sinif müəllimi Eyvazova Rubanın rəhbərliyi ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü “ nə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbirdə TTİ üzrə direktor müavinləri Nəsibova Bəsti və Əliyeva Arzu  iştirak etdi.  Tədbirə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı .Sonra torpaqlarımız uğrunda şəhid olan hərbi və mülkü şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər tərəfindən Dünya Azərbaycanlıların Həmrəyliyi ilə bağlı fikirlər söylənildi. Sonda Ruba müəllimə keçmiş xatirələri bir daha vərəqlədi. O, 30 il bundan öncə köçkün düşmüş yurddaşların doğulduğu torpağın həsrəti ilə yaşadığını bildirdi. O  bildirdi ki, indi Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Rəşadətli Ordumuzun sücaəti ilə dəmir yumruğumuzu birləşdirib torpaqlarımız yağı düşmənin tapdağından azad edildi. Biz fəxr edirik ki, bizim Ali Baş Komandan- İlham Əliyev kimi prezidentimiz var.  Yaşasın Ali Baş Komandan ! Yaşasın Şanlı Azərbaycan əsgəri! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi