Qarabağ üçün Həmrəyik...

Məktəbimizin ibtidai sinif müəllimi Şəfiyeva Gülşən rəhbərlik etdiyi 1"Ğ" sinfinin körpə fidanları ilə Həmrəylik Günü ilə əlaqədar onlayn dərs keçdi. Dərs Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Bu dərsin təşkili, verilən məlumatlar onlarda maraq hissi oyatdı.
31Dekabr ən şərəfli və yadda qalan günlərimizdən biridir. Bu günün əsası 1989-cu ildə Naxçıvanla İranın arasındakı sərhəddin dağıdılması ilə qoyulub. Gecə-gündüz birləşmək şüarları əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmaq və bütövləşdirmək cəhdi idi.
1991ci il dekabrın 31-ni ümummilli lider Heydər Əliyev Həmrəylik Günü elan etdi.
İllərdir qeyd etdiyimiz bu gün bu il daha yadda qalan və ürəkaçan oldu. Çünki dastana dönən 44 günlük "Vətən Müharibəsi" bir daha sübut etdi ki, biz hər zaman həmrəy və güclüyük. Artıq bütün dünya azərbaycanlılarının təqvimdə yeni bir ortaq günü - 8 Noyabr Zəfər Günü oldu.