"Virtual Məktəb" platformasında onlayn iclas

26 dekabr 2020-ci il tarixdə 5 "F" sinif valideynlərinin iştirakı ilə "Virtual Məktəb" platformasında onlayn formatda iclas keçirildi. İclasda Tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva, UBR Təhminə Osmanova iştirak edirdilər. Əvvəlcə sinif rəhbəri Aksana Usubalıyeva onlayn dərslərdə raştlaşdıqları çətinlikləri dilə gətirərək prosesin keyfiyyətli alınması üçün valideynlərin köməyinin vacib olduğunu bildirdi. Daha sonra şagirdlərin dərsdəki fəallığı barədə məlumatları valideynlərin diqqətinə çatdırdı. Sonda valideynləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.