"Həmrəy olmaq - qalibiyyətdir!"

Məktəbimizin ibtidai sinif müəllimi Nailə Rəhimova rəhbərlik etdiyi 4 "Ə" sinif şagirdləri ilə onlayn qaydada "Həmrəy olmaq-qalibiyyətdir!" adlı Təşkilat saatı keçirdi.Təşkilat saatında şagirdlər vətənpərvərlik şeirləri, Qarabağ müharibəsinin zəfər tarixi ilə bağlı məlumatlar söylədilər. Şagirdlərin hazirladıqları videoçarxlarda ll Qarabağ döyüşlərində xalqımızın orduya göstərdiyi dəstək səhnələşdirilərək təsvir edilmişdir. Məqsəd şagirdlərə Azərbaycan xalqının hər zaman, hər bir işdə həmrəy olduğunu aşılamaq idi. Məhz xalqımızın həmrəy olması bizə qalibiyyət hissini yaşatdı. Dərsin sonunda məktəbin direktoru Dadaş Əliyev, direktor müavinləri Bəsti Nəsibova və Arzu Əliyeva şagirdləri zəfər qazanmağımız münasibəti ilə təbrik etdilər.